Səfir: Qəzza konfransı nəticə vermədi
sizinxeber.az xəbər saytı

Səfir: Qəzza konfransı nəticə vermədi


BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında keçirilmiş Yaxın Şərq sülh konfransı Qəzza zolağında döyüşlərə son qoymaqla bağlı heç bir praktiki nəticə vermədi.

“Sizinxeber.az” xəbər verir ki, bunu Fələstinin Avstriyadakı səfiri və Vyanda BMT-nin daimi müşahidəçisi olan Salah Abdel Şafi “RİA Novosti”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, forumun siyasi əhəmiyyətinə baxmayaraq, əsas məsələlərdə real irəliləyiş əldə olunmayıb.

Şafi həmçinin ABŞ-nin Yaxın Şərq sülh prosesi ilə bağlı mövqeyini kəskin tənqid edərək, bunu son dərəcə qəbuledilməz və beynəlxalq hüquqa zidd adlandırıb.

“ABŞ İsrailə qeyd-şərtsiz dəstək verməkdə davam edir - istər silah tədarükü, istər maliyyə, istər diplomatik, istərsə də siyasi yardım məsələlərində. Belə mövqe çox məyusedicidir”, - o deyib.

Oxşar xəbərlər

BMT-nin Fələstin üzrə konfransının vaxtı məlum olub
Misir atəşkəsin başlanğıcından Qəzzaya 5 min humanitar yardım yüklü maşın göndərib
ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəs yaratmaq cəhdlərinə mane olur
İsrail Qəzza sektorunda daimi atəşkəs üçün əsas şərtini açıqlayıb
BMT-nin Baş katibi Yaxın Şərqlə bağlı çağırış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər