BMT-nin Fələstin üzrə konfransının vaxtı məlum olub
BMT-nin Yaxın Şərq üzrə yüksək səviyyəli beynəlxalq konfransı iyulun 28-dən 30-dək Nyu-Yorkdakı mənzil-qərargahında keçiriləcək.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Assambleyanın 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç bildirib.
Tədbir İsrail və İran arasında münaqişə səbəbindən təxirə salınıb.
İyunun 17-dən 20-dək Səudiyyə Ərəbistanı və Fransa BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinə nail olmaq üçün qlobal səyləri inkişafına yönəlmiş yüksək səviyyəli konfrans təşkil etməli idilər. İyunun 13-də İsrail və İran arasında silahlı münaqişənin başlaması fonunda Fransa Prezidenti Emmanuel Makron tədbirin logistika və təhlükəsizlik məsələləri səbəbindən təxirə salındığını elan edib.
Ümumilikdə Fələstini BMT-nin 148 üzvü tanıyır. 95 ölkədə Fələstinin səfirlikləri və daimi nümayəndəlikləri fəaliyyət göstərir.
Oxşar xəbərlər
Fransa Fələstin dövlətini tanımaq niyyətindədir
İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa tələsmir
Makron İranı təmkinli olmağa çağırıb
İordaniya İran və İsrail arasında gərginlik fonunda hava məkanını bağlayır
İordaniya və Çinin XİN başçıları Yaxın Şərqdəki eskalasiyaya qarşı çıxmağı razılaşdırıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











