Tailand və Kamboca yağıntılı havaya görə hərbi əməliyyatları dayandırıb - YENİLƏNİB-2
Tailand və Kamboca Silahlı Qüvvələri güclü yağışlar səbəbindən sərhəd bölgələrində hərbi əməliyyatları müvəqqəti dayandırmağa məcbur olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "The Nation" qəzeti Tailand Silahlı Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, Tailand və Kamboca hərbçiləri əlverişsiz hava şəraitində öz mövqelərini saxlamaqda davam edirlər. Eyni zamanda qeyd edilir ki, yerli vaxtla günortadan 16:00-a kimi münaqişə zonasında vəziyyət faktiki olaraq dəyişməz qalıb.
Bundan əvvəl nəşr Tailand Hərbi Hava Qüvvələrinin "F-16" və "JAS 39" qırıcıları gün ərzində iki dəfə sərhəd bölgələrində Kamboca silahlı qüvvələrinin mövqelərinə zərbələr endirib.
Kamboca-Tailand sərhədində döyüşlər iyulun 24-də səhər saatlarında Oddar Myeonq əyalətindəki mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb. Tailandın Səhiyyə Nazirliyinin məlumatına görə, azı 14 mülki şəxs və bir əsgər həlak olub, 46 nəfər yaralanıb.
Tailand Hərbi Hava Qüvvələri sərhəd bölgələrində Kamboca silahlı qüvvələrinin mövqelərinə hava zərbələri endirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.
Bu məqsədlə bir gündə iki dəfə "F-16" və "JAS 39 Gripen" qırıcılarından istifadə edilib.
Bildirilir ki, tapşırıqları yerinə yetirdikdən sonra bütün döyüş təyyarələri bazalarına qayıdıblar.
Tailand Kamboca ərazilərinə hücum əməliyyatlarını genişləndirib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyinin mətbuat katibi general-leytenant Mali Soçxeat bildirib.
Onun sözlərinə görə, iyulun 24-dən bəri Tailand qoşunları təkcə Kambocanın hərbi mövqelərinə deyil, həm də məktəblər, yanacaqdoldurma məntəqələri və yaşayış məntəqələri də daxil olmaqla mülki obyektlərə zərbələr endirir. Bu hücumlarda ağır döyüş sursatları və hərbi texnikadan, o cümlədən F-16 qırıcıları və kaset bombalarından istifadə edilib.
Bununla yanaşı, Tailand Kambocada Kaxkonq və Pousat əyalətləri ilə həmsərhəd olan Trat və Çantxaburi əyalətlərinin bir sıra rayonlarında hərbi vəziyyət elan edib və Bontey-Miençey əyaləti ilə sərhəd boyunca əlavə qoşun yerləşdirib. "Bu addımlar Tailandın münaqişəni genişləndirmək və Kambocanın ərazi suverenliyini pozmaq niyyətini açıq şəkildə nümayiş etdirir", - Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb.
Oxşar xəbərlər
Tailandın Hərbi Hava Qüvvələri Kambocaya zərbə endirib - YENİLƏNİB-2
Kambocanın hücumu nəticəsində Tailandda iki nəfər həlak olub - YENİLƏNİB-3
Kambocanın hücumu nəticəsində Tailandda 12 nəfər həlak olub - YENİLƏNİB-4
Tailand Kamboca ilə sərhəddə mübahisəli zirvəni nəzarətə götürüb
Tailand-Kamboca sərhədində silahlı toqquşmalarda 15 nəfər ölüb, 46 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ceyhun Bayramov Ben Bləklə TRIPP layihəsinin icrasını müzakirə edib
-
Azərbaycan bankı BOKT-a çevrildi
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
-
DİN: "Son zəng" günü ilə bağlı keçirilən tədbirlər zamanı ciddi hüquqazidd halların qarşısı alınıb
