Tailandın Hərbi Hava Qüvvələri Kambocaya zərbə endirib - YENİLƏNİB-2
Tailandın Hərbi Hava Qüvvələrinin qırıcıları sərhəd münaqişəsinin eskalasiyası zamanı Kambocanın hərbi mövqelərinə bomba zərbəsi endiriblər.
"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bu barədə "Khmer Times" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, saat 11:30-da Tailand Hərbi Hava Qüvvələrinin F-16 qırıcıları Preahvihear əyalətində mübahisəli sərhəd zonası boyunca Kamboca hərbi mövqelərinə zərbə endirib.
Toqquşmalar səhər saat 07:30 radələrində Oddar-Miençey əyalətində mübahisəli sərhəd zonasının yaxınlığında başlayıb. Tərəflər sərhəd boyunca öz mövqelərini möhkəmləndirdikləri üçün vəziyyət gərgin olaraq qalır.
Kamboca ilə həmsərhəd olan Tailandın dörd əyalətinin hakimiyyət orqanları gərginliyin artması fonunda sakinlərin təxliyəsini elan edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Nation” məlumat yayıb.
Tailand Kamboca ilə sərhəddə toqquşmalar fonunda bütün nəzarət-buraxılış məntəqələrini bağlayıb.
“Sizinxeber.az”un məlumatına görə, bu barədə “Reuters” agentliyi Tailandın kontr-admiralı Surasant Kongsiriyə istinadən yazıb.
Onun sözlərinə görə, 24 iyul səhər saatlarında Kamboca Tailand istiqamətində pilotsuz uçuş aparatları buraxıb və Tailand döyüşçülərinə qumbaralar ilə hücum edib, bu səbəbdən ölkənin Silahlı Qüvvələri cavab atəşi açmağa məcbur olub.
Oxşar xəbərlər
Tailandda dörd əyalətdə təxliyə elan edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailand Kamboca ilə sərhədi bağlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Cenin şəhərinə hava hücumu edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tailandda yarmarkada baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












