Tailand Kamboca ilə sərhədi bağlayır
Tailand iki ölkə arasında münaqişənin kəskinləşməsi fonunda Kamboca ilə sərhədi müvəqqəti olaraq bağlayıb.
"Report"un "Reuters"ə istinadən məlumatına görə, may ayının sonunda baş verən silahlı toqquşma nəticəsində Kamboca hərbçisi həlak olub.
Bu hadisə dövlətlər arasında münasibətlərin pisləşməsi üçün başlanğıc nöqtəsi olub. Cavab olaraq Kamboca Tailand yanacağı və qazının idxalını dayandırıb.
Tailand hərbçilərinin bəyanatına əsasən, məhdudiyyət Kamboca ilə həmsərhəd olan yeddi əyalətdəki bütün sərhəd-keçid məntəqələrinə aiddir. İstisnalar yalnız humanitar məqsədlər üçün - xəstələr, tələbələr və təhlükəsizlik xidmətlərinin qərarı ilə təcili hallarda nəzərdə tutulub.
"Məhdudiyyətlər cari təhlükəsizlik vəziyyətinə, xüsusilə həm siyasi, həm də hərbi və diplomatik aspektlərdə kəskinləşən münaqişəyə uyğundur", - bəyanatda deyilir.
Gülnar Mahmudova
Oxşar xəbərlər
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
Prezident İlham Əliyev Kamboca Kralına təbrik məktubu ünvanlayıb
Azərbaycan və Kamboca ikiqat vergitutmanı aradan qaldırır
Kamboca Milli Assambleyasının üzvü: Seçki ilə bağlı hər şey çox yaxşı təşkil edilib
Azərbaycan və Kamboca turizmi inkişaf etdirir: Vyetnam və Laosa kombinə edilmiş turlar da mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













