Tailandda yarmarkada baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub
Tailandın şimal-qərbində yerləşən Tak əyalətində Qızıl Xaç xeyriyyə yarmarkasında baş vermiş partlayış nəticəsində azı dörd nəfər ölüb, 40-dan çox insan yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Thairath” qəzeti məlumat verib.
Bildirilib ki, hadisə cümə günü yerli vaxtla saat 23:30-da baş verib. Polis partlayıcı qurğunu işə sala biləcək 16 və 17 yaşlı iki karen (xalq) yeniyetməni saxlayıb. Partlayış nəticəsində iki nəfər hadisə yerində həlak olub, daha iki nəfər isə xəstəxanada aldıqları yaralardan vəfat edib.
Tailandın Tak əyaləti məşhur turist marşrutlarından uzaqda yerləşir və vətəndaş münaqişəsinin əhatə etdiyi Myanmanın Karen ştatı ilə həmsərhəddir. Burada yerli karenlər silahlı etnik qrupu hökumət qüvvələrinə qarşı mübarizə aparır. Bu ilin aprelində Myanma ordusu ilə etnik qrupların döyüşçüləri arasında toqquşmalar nəticəsində Tak əyalətinin sərhəd şəhəri Maesota 3,5 min qaçqın gəlib. Daha sonra Tailand iqtidarı sərhəddə vəziyyətin normallaşdığını bildirib.
Oxşar xəbərlər
Taylandda yarmarkada partlayış baş verib, ölənlər var
Bu ilin altı ayı ərzində ölkə ərazisində 36 partlayış hadisəsi baş verib, 22 nəfər həlak olub
Polşada partlayış nəticəsində iki nəfər ölüb
İtaliyada “Eni” şirkətinə məxsus müəssisədə partlayış baş verib, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
