İsrail Ordusu Cenin şəhərinə hava hücumu edib
sizinxeber.az xəbər saytı

İsrail Ordusu Cenin şəhərinə hava hücumu edib


İsrail Ordusunun Hərbi Hava Qüvvələri İordan çayının qərb sahilindəki Cenin şəhəri ərazisində bir qrup silahlı radikala zərbə endirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

“Ynet” portalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin təyyarəsi dörd silahlı radikaldan ibarət dəstəyə zərbə endirib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından və sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girov götürülənlərin hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Qəzza zolağında döyüşlər bu gün də davam edir.

Oxşar xəbərlər

İsrail Ordusu Livanda atəşkəsə nəzarət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Qəzzada HƏMAS-ın 25 hərbi obyektinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail HƏMAS-ın tam məğlubiyyəti olmadan girovların azad edilməsinə razı deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Netanyahu HƏMAS-la anlaşmada mövqeyini yumşaltmaqdan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər