Suriya druzlarının rəhbərliyi əsir mübadiləsinə hazır olduqlarını elan ediblər
Suriyanın Əs-Suveyda əyalətinin druz icmasının rəhbərliyi ölkənin cənubunda baş verən qarşıdurmalardan sonra ərəb qəbilələri ilə əsir mübadiləsi əməliyyatına hazır olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Sham TV icmanın bəyanatına istinadən məlumat yayıb.
Əsir götürülən döyüşçülərin və girovların azad edilməsinə yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19:00) Umm Zeytun bölgəsində başlanılacağı bildirilir: “Biz hər kəsi əməkdaşlığa və bu prosesin uğurunu təmin etmək üçün maksimum məsuliyyət daşımağa çağırırıq. Qaçırılan insanların sağ-salamat qayıtmasına ümid edirik”.
Bəyanatda əyalətdə mobil rabitə və internetin dərhal bərpası tələbi də yer alıb.
Xatırladaq ki, Suriyanın cənubundakı Əs-Suveyda əyalətində keçid hökuməti qüvvələri ilə druz özünümüdafiə dəstələri arasında baş verən silahlı toqquşmalarda 940 nəfər həlak olub. Məlumata görə, iyulun 13-dən bəri davam edən toqquşmalarda druz bölmələri 326 döyüşçünü itirib, hökumət qüvvələrinin 312 hərbçisi həlak olub. İyulun 19-da Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa beynəlxalq vasitəçilərin iştirakı ilə hazırlanmış nizamlama planına uyğun olaraq Əs-Suveydada atəşkəs elan edib.
Oxşar xəbərlər
Suriya DİN İsrailin Əs-Suveydaya müdaxiləsini pisləyib
KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib
KİV: İsrail Suriyanın cənubuna yenidən zərbələr endirir
Türkiyə XİN Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinə şərh verib
Suriyada yerli tayfalar arasında atışmalar nəticəsində 30-dan çox insan həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
