KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib
sizinxeber.az xəbər saytı

KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib


İsrail ABŞ Prezidenti Donald Tramp administrasiyasının müvafiq tələbindən sonra iyulun 15-də Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Məlumata görə, Suriya hökuməti Əs-Suveyda bölgəsinə tankların göndərilməsi barədə İsraili əvvəlcədən xəbərdar edib və bunun bölgədə asayişin bərpası üçün edildiyini vurğulayıb.

Xatırladaq ki, iyulun 13-də ölkənin cənubundakı Əs-Suveyda əyalətində toqquşmalar baş verib. Şiddətli atışmalarda azı 46 druz, 28 bədəvi və daha 4 mülki şəxs həlak olub.

Oxşar xəbərlər

Suriya DİN İsrailin Əs-Suveydaya müdaxiləsini pisləyib
KİV: İsrail Suriyanın Es-Süveyda şəhərinə zərbələr endirir
Tramp administrasiyası İranın nüvə obyektlərinə zərbələr barədə İsraili əvvəlcədən xəbərdar edib
İsrail Suriyanın şimalında, Hələbdəki hərbi zavodlara hücum edib
Türkiyə XİN Suriyanın cənubunda baş verən zorakılıq hadisələrinə şərh verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər