KİV: İsrail Suriyanın cənubuna yenidən zərbələr endirir
İsrail aviasiyası Suriyanın cənub bölgələrinə yeni zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzeti məlumat yayıb.
Məlumata görə, bu dəfə iyulun 13-dən silahlı qarşıdurmaların getdiyi Əs-Suveyda ilə həmsərhəd olan Dəra əyaləti atəşə tutulub. Aviazərbələr nəticəsində ölənlərin sayı və onların vurduğu ziyan barədə hələlik məlumat yoxdur.
Bunun fonunda Suriya Mülki Aviasiya İdarəsi Dəməşq və Bəsrəni birləşdirən hava dəhlizlərindən birini müvəqqəti bağlamaq qərarına gəlib.
Xatırladaq ki, iyulun 13-də Əs-Suveyda əyalətində ərəb qəbilə silahlıları ilə druzların özünümüdafiə dəstələri arasında toqquşma olub. İyulun 15-də Suriya ordusu vəziyyəti sabitləşdirmək üçün eyniadlı vilayətin inzibati mərkəzinə daxil olub və oranı “təmizləməyə” başlayıb. Bundan bir qədər sonra İsrail vilayətin druz əhalisini qorumaq istəyini əsas gətirərək Suriyanın hərbi kalonlarını vurmağa başlayıb.
Oxşar xəbərlər
KİV: İsrail Suriyanın Es-Süveyda şəhərinə zərbələr endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail Suriyanın hərbi obyektlərinə hücumları dayandıracağına söz verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Suriyanın silah anbarına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Müdafiə Qüvvələri Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahına zərbə endirib - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Suriyanın Livanla sərhədindəki hərbi obyektlərə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












