ABŞ Bolsonaru işi ilə bağlı Braziliya Ali Məhkəməsi hakiminin vizasını ləğv edib
sizinxeber.az xəbər saytı

ABŞ Bolsonaru işi ilə bağlı Braziliya Ali Məhkəməsi hakiminin vizasını ləğv edib


ABŞ Braziliyanın keçmiş lideri Jair Bolsonaruya qarşı qaldırdıqları iddiaya görə Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes, onun ailəsi və yaxınlarının vizalarını ləğv edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb.

"Moraes tərəfindən Jair Bolsonaruya qarşı kampaniya nəinki braziliyalıların fundamental hüquqlarını pozur, həm də Braziliyadan kənara çıxır, amerikalıları təqib edir”, - Rubio qeyd edib.

Bolsonaru 2022-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrini ləğv etmək məqsədilə sui-qəsd təşkil etməkdə ittiham olunub. Əgər sabiq prezidentin təqsiri sübuta yetirilərsə, o, 40 ilədək azadlıqdan məhrum edilə bilər. Bolsonaru təqsirini inkar edir.

ABŞ Prezidenti Donald Tramp braziliyalı həmkarı Luis İnasiu Lula da Silvanı keçmiş prezidentə qarşı cinayət prosesini dayandırmağa çağırır və yüksək rüsumlar tətbiq etməklə hədələyir.

Oxşar xəbərlər

Braziliyanın sabiq prezidentinə xarici rəsmilərlə ünsiyyət qadağan edilib
Braziliyanın sabiq müdafiə naziri prezidentə qarşı qəsd ittihamlarını rədd edib
Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə biləcəyini istisna etməyib
Lula da Silva 2026-cı ildə Braziliyada prezident seçkilərində iştirak etməyi planlaşdırır
Braziliyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə ittiham olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle