Lula da Silva 2026-cı ildə Braziliyada prezident seçkilərində iştirak etməyi planlaşdırır
sizinxeber.az xəbər saytı

Lula da Silva 2026-cı ildə Braziliyada prezident seçkilərində iştirak etməyi planlaşdırır


Braziliya Prezidenti Luis İnasiu Lula da Silva İşçilər Partiyasının üzvləri ilə şəxsi söhbətlərində 2026-cı ildə prezident seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, onun sözlərini “Metrópoles” qəzeti dərc edib.

"Mən 2026-cı ildə namizədliyimi irəli sürəcəyəm. Bu seçkilərdə yalnız özüm-özümə məğlub ola bilərəm", - o bildirib.

Nəşrin məlumatına görə, Lula da Silva artıq Braziliya Demokratik Hərəkatı (MDB) partiyasının liderlərinin dəstəyini almaq və yenidən seçilmək şansını artırmaq üçün onlarla dialoqa başlayıb.

“Metrópoles” hesab edir ki, 2026-cı ildə Braziliyada prezident seçkilərində Lula da Silvanın mümkün rəqiblərindən biri San-Paulo ştatının qubernatoru, keçmiş prezident Jair Bolsonaru (2019-2022) administrasiyasında infrastruktur naziri olmuş 49 yaşlı Tarsizio Qomes di Freytasdır. Nəşr qeyd edib ki, keçmiş ölkə liderinə 2030-cu ilə qədər seçkilərdə iştirak etmək qadağan olunduğu üçün qubernator sağçı partiyalardan namizəd kimi Bolsonarunu əvəzləyə bilər.

Oxşar xəbərlər

Lula da Silva: Braziliya Ukrayna-Rusiya münaqişəsində bitərəf qalacaq
Braziliyanın sabiq müdafiə naziri prezidentə qarşı qəsd ittihamlarını rədd edib
Lula da Silva Putinlə Ukraynada sülh nizamlanması məsələsini müzakirə etməyi planlaşdırır
Braziliyanın vitse-prezidenti Lula da Silvanın səlahiyyətlərini müvəqqəti icra edəcək
Braziliya Venesuelaya qarşı birtərəfli sanksiyaları dəstəkləməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər