Sərdar Berdiməhəmmədov: Türkmənistan Azərbaycanla əməkdaşlığa sadiqdir
Türkmənistan qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiqdir.
"Report" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Adil Kərimlini qəbul edərkən deyib.
S.Berdiməhəmmədov Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Adil Kərimli bildirib ki, Azərbaycan qardaş Türkmənistanla münasibətlərin inkişafına xüsusi önəm verir. O, qarşılıqlı mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayaraq Türkmənistanda səfərdə olmaqdan məmnunluğunu ifadə edib.
Görüş zamanı qeyd olunub ki, Türkmənistanla Azərbaycan arasında əməkdaşlıq siyasi-diplomatik, ticarət-iqtisadi, mədəni-humanitar istiqamətlərdə dinamik inkişaf edir. Son illərdə dövlət və hökumət səviyyəsində keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər nəticəsində tərəfdaşlıq münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəlib.
İkitərəfli gündəlikdə mədəni-humanitar əməkdaşlığın xüsusi yer tutduğu vurğulanıb. Bu baxımdan mədəniyyətin müxtəlif sahələri üzrə təcrübə mübadiləsinə imkan yaradan birgə tədbirlərin əhəmiyyəti qeyd edilib.
S.Berdiməhəmmədov ötən ilin oktyabr ayında Azərbaycanda Türkmənistan Mədəniyyəti Günlərinin uğurla keçirildiyini xatırladıb və bu cür mədəni əlaqələrin xalqların daha da yaxınlaşmasına və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini söyləyib.
O, ortaq tarixi-mədəni irsin dövlətlərarası dialoqun daha da dərinləşməsi üçün möhkəm zəmin yaratdığına əminliyini ifadə edərək Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını da vurğulayıb.
Oxşar xəbərlər
Türkmənistan Prezidenti Azərbaycanın Baş nazirini qəbul edib
Adil Kərimli: Azərbaycan mədəniyyəti Türkmənistanda əhatəli şəkildə nümayiş etdiriləcək
Azərbaycanla Mərakeş arasında qarşılıqlı mədəniyyət günləri keçirilə bilər
Nazir: Qətər Mədəniyyəti Günləri mədəni əlaqələrin inkişafına töhfə verəcək
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
