İsrail Müdafiə Qüvvələri Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahına zərbə endirib - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

İsrail Müdafiə Qüvvələri Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahına zərbə endirib - YENİLƏNİB-2


İsrail müdafiə ordusunun Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbələr nəticəsində iki mülki şəxs xəsarət alıb.

Bu barədə “Report” Suriya mediasına istinadən xəbər verir.

14.03

İsrail Müdafiə Ordusu (IDF) bir müddət əvvəl ölkənin silahlı qüvvələrinin Suriyanın paytaxtı Dəməşqə zərbə endirdiyini təsdiqləyib.

“Report” ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, zərbə Dəməşq bölgəsində Suriya Silahlı Qüvvələrinin Baş Qərargah kompleksinə endirilib.

"İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir. Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail Silahlı Qüvvələri bu bölgəyə zərbələr endirir və hadisələrin inkişafı ilə bağlı müxtəlif ssenarilərə hazırdır", - mətbuat xidməti qeyd edib.

13:50

İsrail ordusu Dəməşqdə Suriya Baş Qərargahının kompleksinə zərbə endirdiyini bildirib.

“Report” xəbər verir ki, partlayışın səbəbləri hələlik məlum deyil.

Suriyanın sosial şəbəkələrində partlayışdan əvvəl paytaxt üzərində pilotsuz uçuş aparatlarının uçduğu barədə məlumat yayılıb.

Oxşar xəbərlər

İsrail ordusu Dəməşqə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail Suriyanın Es-Süveyda şəhərinə zərbələr endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Suriyanın silah anbarına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Qəzzanın cənubunda bir qrup silahlı şəxsə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın mövqelərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər