İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın mövqelərinə zərbələr endirib
sizinxeber.az xəbər saytı

İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın mövqelərinə zərbələr endirib


İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirdiyini təsdiqləyib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Times of Israel” İsrail ordusunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Daha əvvəl bununla bağlı İran KİV-i müxtəlif mənbələrə istinadən məlumat vermişdi.

IDF-in məlumatına görə, zərbə "atəş və müdafiə vasitələrinin idarə edilməsi" məqsədilə istifadə olunan obyektə endirilib.

"Son günlərdə IDF "Hizbullah"ın obyekti bərpa etmək cəhdlərini müşahidə etdiyi üçün bu bölgədəki terror infrastrukturuna zərbə endirilib", - hərbçilər bildiriblər.

IDF bəyan edir ki, bu obyektin mövcudluğu və onu bərpa etmək cəhdləri İsrail və Livan arasındakı razılaşmaların açıq şəkildə pozulması deməkdir.

Oxşar xəbərlər

İsrail HHQ “Hizbullah”ın mövqelərinə zərbə endirdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livanın cənubunda “Hizbullah” obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail “Hizbullah”ın mövqelərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu Livanda “Hizbullah”ın silah istehsalı obyektinə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livanda “Hizbullah”ın 25 obyektinə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər