“The Telegraph”: Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür
sizinxeber.az xəbər saytı

“The Telegraph”: Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür


Rusiya Prezidenti Vladimir Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür.

"Sizinxeber.az" xəbər verir ki, bunu Böyük Britaniyanın istefada olan polkovniki Hamiş de Bretton-Qordon “The Telegraph” nəşrinə bildirib.

Britaniyalı qeyd edib, Putin nəhayət ki, Ukrayna Silahlı Qüvvələrinin müqavimətini qırmaq istəyir.

"Onlar bu ssenarini ciddi şəkildə nəzərdən keçirirlər", - keçmiş polkovnik deyib.

O əlavə edib ki, Paris və London nüvə ittifaqı yaradıblar və yəqin ki, Moskvaya mümkün cavab barədə siqnal göndərirlər.

Bundan əvvəl AEBA-nın baş direktoru Rafael Qrossi bəyan edib ki, Ukrayna 1990-cı illərdə nüvə silahından imtina etməsəydi, müstəqil dövlət kimi mövcud olmayacaqdı.

Qrossi xatırladıb ki, 1991-ci ildə Ukrayna müstəqillik qazananda dünyada üçüncü ən böyük nüvə arsenalına malik olub. Üç il sonra Ukraynanın nüvə silahları Rusiyaya verildi.

Oxşar xəbərlər

Putin: Rusiya nüvə doktrinasını sərtləşdirmir, təkmilləşdirir
Rafael Qrossi: İranın nüvə silahı yoxdur
Putin: Ümid edirəm ki, nüvə silahına ehtiyac olmayacaq
Quterriş: Dünya yenidən nüvə silahından istifadə təhlükəsi ilə üz-üzədir
Lukaşenko: Belarusun nüvə silahı var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər