Lukaşenko: Belarusun nüvə silahı var
Belarusun nüvə silahı var.
“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən bura nüvə başlıqları gətirdim: bir deyil, on ədəd", - o vurğulayıb.
A.Lukaşenko bu bəyanatı nüvə silahı olmayan, lakin böyük gücə malik olan Rusiyanın "Oreşnik" raket kompleksinin Belarusda yerləşdirilməsi planları ilə bağlı suala cavab verərkən səsləndirib.
"Nüvə silahından istifadə etmək böyük məsuliyyətdir. Ən azı Xirosima və Naqasakidən sonra heç kim nüvə silahının düyməsini sıxmayıb. Mən bütün düşmənlərimi, "dostlarımı" və rəqiblərimi xəbərdar etdim: əgər dövlət sərhədi xəttinə addım atsanız, cavab dərhal veriləcək. Mən baxmayacağam - nüvə silahıdır, yoxsa başqa bir şey", - Prezident bildirib.
O qeyd edib ki, ölkədə "Oreşnik" kompleksinin yerləşdirilməsi üçün otuz meydança var.
Oxşar xəbərlər
Lukaşenko Belarusun nüvə silahına malik olduğunu təsdiqləyib
Çin ABŞ-ni nüvə təhlükəsinin ən böyük mənbəyi adlandırıb
Pezeşkian: İran nüvə silahı əldə etməyə çalışmır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
