Ukrayna Təhlükəsizlik Xidməti qondarma Luqanskın keçmiş rəhbərini öldürüb
sizinxeber.az xəbər saytı

Ukrayna Təhlükəsizlik Xidməti qondarma Luqanskın keçmiş rəhbərini öldürüb


Ukrayna Təhlükəsizlik Xidməti (UTX) müvəqqəti işğal altında olan Luqanskda 2014-2023-cü illərdə şəhərin rəhbəri vəzifəsində çalışmış Manolis Pilavovu öldürüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” UTX-dəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, o, partlayıcı qurğunun işə düşməsi nəticəsində dünyasını dəyişib.

Pilavov qondarma Luqansk Xalq Respublikasının ideoloqlarından biri, İqor Plotnitskinin tərəfdaşı olub.

Qeyd olunub ki, 2015-ci ildən qondarma Luqansk administrasiyasının rəhbəri Ukrayna Cinayət Məcəlləsinin 109-cu maddəsi (konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsi və ya devrilməsi, dövlət hakimiyyətinin ələ keçirilməsinə yönəlmiş hərəkətlər) ilə axtarışda olub.

O, 2022-ci ildən Ukraynanın sanksiyalarına məruz qalırdı.

Oxşar xəbərlər

Ukrayna Təhlükəsizlik Xidməti Luqanskın keçmiş merini məhv edib - YENİLƏNİB - VİDEO
Luqansk vilayətində ağır yol qəzasında 7 nəfər ölüb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər