Ekspert: Mənzil sahəsində problemlər neft bazarındakı dalğalanmalardan daha uzunmüddətli olur » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
21 
may
2026
12:30
ff aaaaaaa

Ekspert: Mənzil sahəsində problemlər neft bazarındakı dalğalanmalardan daha uzunmüddətli olur

21 may, 2026
12:30
953

Ekspert: Mənzil sahəsində problemlər neft bazarındakı dalğalanmalardan daha uzunmüddətli olur

Mənzil sahəsində təsir və problemlər neft bazarındakı dalğalanmalardan daha uzunmüddətli olur.

"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Patrisiya Skotland Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma sahəsinə təsirləri" adlı müzakirədə deyib.

O qeyd edib ki, bu səbəbdən, diqqəti xüsusilə mənzil sahəsinə və ən həssas insanlara təsir məsələlərinə yönəltmək lazımdır:

"Məsələn, enerji qiymətləri sabitləşərək bazara uyğunlaşa bilər. Lakin adekvat mənzilə çıxışını itirən ailələr çox vaxt bu problemdən illərlə qurtula bilmir, böhran vəziyyətində qalırlar. Ona görə də qlobal mənzil böhranına təsir düzgün qavranılmalıdır".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul