Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirib
sizinxeber.az xəbər saytı

Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirib


Ukrayna Təhlükəsizlik Xidməti Krım ərazisində Rusiya hərbçilərinə qarşı xüsusi əməliyyat həyata keçirdiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə “Interfaks-Ukrayna” Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 27-dən 28-nə keçən gecə Ukrayna xüsusi xidmət orqanları "Kirovskoye" hərbi aerodromuna hücum edib, aviasiya komponentlərinin yerləşdiyi yerlərə, hava hücumundan müdafiə vasitələrinə, sursat anbarlarına və s. zərbələr endiriblər.

"Mövcud məlumatlar “Mi-8”, “Mi-26” və “Mi-28” çoxməqsədli və zərbə helikopterlərinin, həmçinin "Pantsir-S1" özüyeriyən zenit-raket kompleksinin məhv edildiyini göstərir", - mənbə vurğulayıb.

Oxşar xəbərlər

Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
Baş Qərargahı: Ukrayna Müdafiə Qüvvələri Rusiya aerodromlarına zərbələr endirib
Rusiya Müdafiə Nazirliyi: Gecə ərzində regionlar üzərində 162 Ukrayna PUA-sı məhv edilib
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Ukrayna Antiterror Mərkəzinin rəhbəri Rusiya ilə əməkdaşlığa görə saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər