Luqansk vilayətində ağır yol qəzasında 7 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Luqansk vilayətində ağır yol qəzasında 7 nəfər ölüb


Rusiyanın ilhaq etdiyi Luqansk vilayətində mikroavtobus və avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində yeddi nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin “Luqansk Xalq Respublikası” üzrə istintaq idarəsi məlumat yayıb.

“Bu gün axşam saatlarında Dovjanske – Kiyev yolunda, Antratsit bələdiyyə dairəsinin Dyakove kəndi yaxınlığında mikroavtobus və avtomobil toqquşub. İlkin məlumata görə, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla yeddi nəfər aldığı xəsarətlərdən keçinib. Digər sərnişinlərin vəziyyəti müəyyən edilir”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, Ukraynanın Dyakove kəndi 2014-cü ildən işğal altındadır.

Oxşar xəbərlər

Sibirdə ağır yol qəzasında 3 nəfər ölüb
Perm diyarında yol qəzasında 4 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər