BMT-nin baş katibi İsrail və İrana çağırış edib
BMT-nin baş katibi Antonio Quterreş İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməsindən narahatdır və tərəfləri maksimum təmkinli olmağa çağırır.
“Report” xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin sözçünün müavini Fərhan Haq məlumat verib.
Onun sözlərinə görə, baş katib Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyir:
“O, İran və ABŞ-nin nüvə proqramı ilə bağlı danışıqlar apararkən İsrailin İrandakı nüvə obyektlərinə hücumlarından narahatdır. Baş katib BMT-yə üzv dövlətlərin təşkilatın nizamnaməsinə və beynəlxalq hüquqa uyğun hərəkət etmək məsuliyyətini xatırladır. Baş katib hər iki tərəfi maksimum təmkin nümayiş etdirməyi və nəyin bahasına olursa olsun münaqişənin eskalasiyasından çəkinməyi xahiş edir”.
Bundan əvvəl İsrail hakimiyyəti İrana, o cümlədən ölkənin müxtəlif bölgələrindəki nüvə obyektlərinə zərbələr endirdiyini açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu bu əməliyyatın məqsədinin İranın nüvə proqramını pozmaq olduğunu bildirib və zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Oxşar xəbərlər
İsrailin İrana hücumunun birinci mərhələsi başa çatıb
BMT Baş katibi İsrailə Suriya ilə bağlı çağırış edib
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbələrini dəstəkləməyib
CNN: İsrail İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
