sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ukrayna nümayəndə heyəti danışıqlar üçün İstanbula gedib
Ukrayna nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gedib.
APA xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.
Rusiya-Ukrayna danışıqlarının Çırağan Sarayında yerli vaxtla saat 13:00-da başlaması planlaşdırılır.
Danışıqlarda Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Vladimir Medinski, Ukrayna tərəfinə isə müdafiə naziri Rustem Umerov başçılıq edir.
Danışıqların birinci raundu mayın 16-da baş tutub. Görüşün yekunu üzrə tərəflər bir-birlərinə gələcək mümkün atəşkəslə bağlı vizyonu təqdim etmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Rusiya nümayəndə heyəti danışıqlar üçün İstanbula gəlib
KİV: İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə Lavrov rəhbərlik edəcək
İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə Lavrov rəhbərlik edəcək
Medinski: Rusiya nümayəndə heyəti mayın 16-da səhər saat 10-dan Ukrayna nümayəndə heyətini gözləyəcək
Kreml: Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün sabah İstanbulda olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













