Rusiya nümayəndə heyəti danışıqlar üçün İstanbula gəlib
sizinxeber.az xəbər saytı

Rusiya nümayəndə heyəti danışıqlar üçün İstanbula gəlib


Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gəlib.

Sizinxeber.az xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır.

Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib.

Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir.

Ukrayna prezidenti Volodimir Zelenski də sülh danışıqlarında iştirak etmək üçün Ukrayna nümayəndə heyətini təyin etdiyini və müdafiə naziri Rustem Umerovun nümayəndə heyətinə rəhbərlik edəcəyini açıqlayıb.

Oxşar xəbərlər

KİV: İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə Lavrov rəhbərlik edəcək
İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinə Lavrov rəhbərlik edəcək
Putinin köməkçisi: Rusiya nümayəndə heyəti münaqişənin həlli yollarını axtarır
Zelenski: Rusiya danışıqlara ciddi yanaşmır, müharibəni dayandırmaq istəmir
Kreml: Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün sabah İstanbulda olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle