Hakan Fidan: Bu gün ABŞ XİN və Suriya XİN-lə birlikdə ütərəfli görüş keçirəcəyik
“Suriyadakı yeni dönəmlə bağlı da bu gün həmkarlarımla müzakirə apardıq”.
APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Nazir bildirib ki, Suriyanın qarşı-qarşıya olduğu problemləri həll etməsi üçün ortaq səylər lazımdır: “Suriyanın təhlükəsizliyi və əmin-amanlığı öncəlik təşkil edir. Buna nail olunmaması qlobal səviyyədə porblemlər meydana çıxaracaq. Ölkənin yenidən bərpası üçün ortaq dəstək verilməlidir. Suriyanın beynəlxalq topluma inteqrasiyası üçün Türkiyə olaraq, çalışmağa davam edirik. Hazırki mərhələdə bu çalışmaların nəticə verdiyini görməkdən məmnunuq. Dünən Riadda Suriya keçid dövrü prezidenti ilə ABŞ Prezidenti görüşdü. Bu Suriyaya qarşı sanksiyaların ləğvi üçün mühüm addım idi. Bu gün də ABŞ XİN və Suriya XİN-lə birlikdə üçtərəfli görüş keçirəcəyik”.
Oxşar xəbərlər
Hakan Fidan Suriya Danışıqlar Komissiyasının sədri ilə görüşüb
Hakan Fidan: Türkiyə hər sahədə Suriyaya dəstək verməyə hazırdır
Hakan Fidan Blinkenlə Suriyadakı son vəziyyəti müzakirə edib
Hakan Fidan: Terror ünsürlərinə qarşı mübarizəmizi davam etdirəcəyik
Hakan Fidan: Türkiyə Suriyada sabitliyi pozacaq heç bir təşəbbüsü dəstəkləmir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













