ATƏT üzvü olan 37 ölkə Gürcüstanla bağlı bəyanat yayıb
ATƏT üzvü olan 37 ölkə Gürcüstanla bağlı bəyanat yayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bəyanatda Gürcüstanda insan hüquqlarının və demokratik institutların zəifləməsindən, vətəndaş cəmiyyətinə qarşı qanunvericilik məhdudiyyətlərinin tətbiq edilməsindən, müstəqil medianın və dinc etirazçıların təzyiqlərə məruz qalmasndanı, eləcə də məhkəmə sistemindən sui-istifadə və uzunmüddətli istintaq təcridxanasında saxlanma hallarından dərin narahatlıq ifadə edilib.
ATƏT ölkələri həmçinin dinc toplaşma azadlığını məhdudlaşdıran yeni qanun dəyişikliklərindən narahat olduqlarını bildiriblər.
Bəyanatda, noyabr 2024-cü ildən bəri keçirilən dinc etiraz aksiyalarında polis zorakılığı və digər hüquq pozuntuları ilə bağlı istintaq aparılmamasından narahatlıq ifadə olunub.
Gürcüstan hakimiyyəti fundamental azadlıqları qorumağa və geniş siyasi və ictimai dialoqa başlamağa çağırılıb.
Oxşar xəbərlər
ATƏT çərçivəsində 17 ölkə Gürcüstanda insan haqlarının vəziyyəti ilə bağlı birgə bəyanat yayıb
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Blinken seçkilərlə bağlı Gürcüstan rəhbərliyinə çağırış edib
Gürcüstanın Bolqarıstandakı səfiri etirazçılarla həmrəylik nümayiş etdirmək məqsədilə istefa verib
Estoniya parlamenti Gürcüstan prezidenti və hökumətinin legitimliyini tanımadığına dair bəyanat qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













