İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
"Gürcü Arzusu" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi ilə bağlı təklif Böyük Britaniyanın İcmalar Palatasına təqdim olunub.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Böyük Britaniya parlamenti yayıb.
Bildirilir ki, “palata Gürcüstanın Aİ-yə daxil olması prosesinin dayandırılması və dinc nümayişçilərə qarşı həddən artıq güc tətbiqindən dərin narahatlığını ifadə edir, Bidzina İvanişvilinin demokratiyanın sarsıdılmasında və Rusiyanın Gürcüstanda təsirinin təşviqində rolunu pisləyir”.
Sənəddə ABŞ-nin İvanişviliyə qarşı sanksiyalar tətbiq etdiyi qeyd olunub və Böyük Britaniya hökumətinə demokratik geriləməyə qarşı sərt mövqe nümayiş etdirmək üçün eyni addımı atması, Böyük Britaniyanın Gürcüstanla strateji tərəfdaşlığa yenidən baxması çağırışı edilib. Təklifi hazırda İcmalar Palatasının 13 üzvü imzalayıb.
Oxşar xəbərlər
ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib
Avropa Parlamentinin qətnaməsində Bidzina İvanişviliyə sanksiyaların tətbiq olunmasına çağırış edilib
Litva Bidzina İvanişviliyə sanksiya tətbiq edib
Litva “Gürcü arzusu”nun yaradıcısı İvanişviliyə qarşı sanksiyalar tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
