Gürcüstanın Bolqarıstandakı səfiri etirazçılarla həmrəylik nümayiş etdirmək məqsədilə istefa verib
Gürcüstanın Bolqarıstandakı səfiri Otar Berdzenişvili Gürcüstanda etirazçılarla həmrəylik nümayiş etdirmək məqsədilə istefa verib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə diplomat “X” platformasında paylaşımında bildirib. O, diplomatik xidməti boyunca ölkəsinin Avro-Atlantik inteqrasiyasında, müttəfiq ölkələrlə, xüsusilə də ABŞ ilə strateji tərəfdaşlığın yaradılmasında aktiv iştirak etdiyini qeyd edib.
“Bizim yorulmaq bilmədən göstərdiyimiz səylərimiz heç bir halda baltalanmamalıdır. Dinc etirazçıların azad iradəsinə qarşı zorakılığa yox!", - deyə səfir qeyd edib.
Gürcüstanın Koreyadakı səfiri Taraş Papaskua da etirazçılarla həmrəyliyini ifadə edib və hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarını qınayıb.
Qeyd edək ki, Gürcüstan XİN-in 107 əməkdaşı hakim partiyanın sözügedən qərarını qınayan bəyanat imzalayıb.
Hakim “Gürcü Arzusu” 2028-ci ilin sonunadək Aİ-yə üzvlük danışıqlarını dayandırdığını, Aİ-dən heç bir büdcə qrantı almayacağını bəyan edib.
Oxşar xəbərlər
Gürcüstan XİN hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarını qınayıb
Tbilisidə etiraz aksiyasının miqyası genişlənir - FOTO - VİDEO - YENİLƏNİB
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Aİ-nin Gürcüstandakı səfiri: Vizasız rejimin dayandırılması təhdid deyil, reallıqdır
Gürcüstanda Aİ ilə üzvlük danışıqlarının dayandırılması ilə bağlı aksiyalar keçirilir - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












