AŞPA Gürcüstana faktaraşdırıcı missiya göndərəcək
Avropa Şurası Parlament Assambleyası tərəfindən davam edən monitorinq proseduru çərçivəsində həmməruzəçilər Klod Kern (Fransa, “Liberal Demokratlar Alyansı”) və Edit Estrella (Portuqaliya, “Sosial Demokrat Partiyası”) faktaraşdırıcı missiya üzrə 14-16 yanvar tarixlərində Gürcüstana səfər edəcəklər.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bi barədə Avropa Şurası Parlament Assambleyasının saytında dərc olunmuş press-relizdə deyilir.
“Səfərin məqsədi xüsusilə də oktyabr seçkilərindən sonra yaranmış siyasi böhran və Aİ-yə üzvlük danışıqlarının dayandırılması fonunda Gürcüstanın Avropa Şurasının üzvü kimi üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsini qiymətləndirməkdir. Səfər zamanı həmməruzəçilər bütün əsas siyasi partiyaların rəhbərliyi, müvafiq dövlət rəsmiləri və institutları, həmçinin vətəndaş cəmiyyəti ilə görüşəcəklər. Bu, müntəzəm monitorinq səfəridir və həmməruzəçilərin görüşdüyü həmsöhbətlərin legitimliyinin və ya fikirlərinin siyasi təsdiqi kimi qəbul edilməməlidir” - deyə press-relizdə bildirilir.
Məlumata əsasən, həmməruzəçilər həbsləri və ittihamları narahatlıq doğuran bəzi nümayişçilərə baş çəkməyi planlaşdırır.
Oxşar xəbərlər
Avropa Şurasının Baş katibi Gürcüstana səfər edib
Aİ Gürcüstana siyasi missiya göndərəcək
Aİ Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək
Borrell: Orban Gürcüstana səfərində Aİ-ni təmsil etmir
Gürcüstan Baş Prokurorluğu seçki saxtakarlığı iddialarına görə prezidenti dindirməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












