Rusiyayla atəşkəslə bağlı Zelenski ilə danışıq aparmaq istəyən Orbana rədd cavab verilib
Macarıstan Baş naziri Viktor Orban Yeni il bayramı dövründə Rusiya və Ukrayna arasında mümkün atəşkəslə bağlı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıq aparmaq istəyib, ancaq rədd cavabı alıb.
APA-nın xəbərinə görə, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bu gün “Kossuth” radiosuna müsahibəsində bildirib.
Peter Siyarto xatırladıb ki, Viktor Orban dekabrın 11-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında atəşkəs və böyük məhbus mübadiləsinin mümkünlüyünü müzakirə edib. Bundan sonra Macarıstan Baş nazir eyni təkliflə Vladimir Zelenskiyə də müraciət etmək istəyib. Peter Siyarto bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa və Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermaka məlumat verib. Ancaq Viktor Orbanın bu barədə Vladimir Zelenski ilə telefonla danışmaq istəyinə rədd cavabı verilib. Macarıstan XİN başçısı Ukraynanın qərarını “diplomatiyada tamamilə görünməmiş jest” adlandırıb.
Viktor Orban Kiyevin Rusiyayla atəşkəs və məhbus mübadiləsindən imtinasından sonra bununla bağlı təəssüfünü açıq formada bəyan edib. Bununla belə, Macarıstan Baş naziri hesab edir ki, belə razılaşmanın əldə olunması üçün hələ vaxt var.
Oxşar xəbərlər
Macarıstan naziri: Zelenski Orbanla atəşkəs barədə danışmaqdan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Siyarto: Kiyev Macarıstanın müvəqqəti atəşkəs təklifini rədd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peter Siyarto Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: Macarıstan Rusiya ilə Ukrayna arasında danışıqlar platforması kimi müzakirə olunmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












