Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib.
"Report" xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
O bildirib ki, Macarıstan XİN başçısı Rusiya-Ukrayna müharibəsi barədə bu gün Brüsseldə baş tutan Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə danışıb.
P.Siyarto çıxışı zamanı video paylaşma platformalarında yayılan və Ukrayna vətəndaşlarının ön cəbhəyə necə aparıldığını göstərən görüntüləri dəhşətlə izlədiyini ifadə edib.
Macarıstan XİN başçısı buna təcili son verilməli olduğunu vurğulayaraq, Ukraynadakı müharibənin dayandırılması üçün çağırış edib. O, regiona daha çox silah göndərildikcə və Rusiya ərazilərinə daha dərindən zərbələr endirildikcə gərginliyin daha da artma riski olduğunu, bunun müharibəni daha da dağıdıcı hala gətirəcəyini bildirib.
"Biz bunu istəmirik", - deyə P.Siyarto vurğulayıb və Macarıstanın sülhyönümlü mövqeni müdafiə etmək öhdəliyini bir daha təsdiqləyib.
Oxşar xəbərlər
Macarıstan Borrelin Rusiyanı Qərb silahları ilə vurmaq çağırışını pisləyib
Peter Siyarto: Bəzi qüvvələrin Macarıstanın sülh missiyasını gözdən salmaq cəhdləri uğursuz oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
