Peter Siyarto Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib
sizinxeber.az xəbər saytı

Peter Siyarto Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib


Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Budapeştin sülh təşəbbüsü çərçivəsində Moskvaya gəlib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə bildirib.

"Mən yenidən Macarıstanın sülh missiyası çərçivəsində gəlmişəm", - P.Siyarto qeyd edib.

O vurğulayıb ki, son vaxtlar təhlükəli və məsuliyyətsiz qərarlar səbəbindən münaqişənin əvvəlindən eskalasiya riski ən yüksək həddədir. Macarıstan hesab edir ki, sülhün bərqərar olması üçün səylərə diqqət yetirmək lazımdır.

Macarıstan XİN başçısı əlavə edib ki, həll yolu yalnız danışıqlar masası arxasında tapıla bilər, diplomatik kanalları bağlayanlar və onları açıq saxladıqları üçün başqalarını tənqid edənlər əslində sülh istəmirlər.

Oxşar xəbərlər

Peter Siyarto Ukraynadakı müharibəni dayandırmaqla bağlı çağırış edib
Peter Siyarto Ermənistana səfər edib
Peter Siyarto: Bəzi qüvvələrin Macarıstanın sülh missiyasını gözdən salmaq cəhdləri uğursuz oldu
Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək
Siyarto: Trampın qələbəsi Ukraynada müharibənin sülh yolu ilə başa çatması şansını artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle