Çinin cənubunda 1,3 mindən çox çikungunyaya yoluxma hadisəsi aşkar edilib
Həkimlər Çin Xalq Respublikasının cənubundakı Quandonq əyalətində bir həftə ərzində çikungunya virusuna 1 387 yeni yoluxma halı aşkarlayıblar.
Sizinxeber.az xəbər verir ki, bu barədə əyalətin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi 3–9 avqust dövrü üzrə hesabatında məlumat verib.
Yoluxanların böyük əksəriyyəti (1 212 nəfər) iyulun əvvəlində xəstəliyin ocağı olmuş Foşan şəhərində qeydə alınıb. 103 yoluxma halı isə əyalətin inzibati mərkəzi olan Quançjouda da təsdiqlənib.
Regionda gücləndirilmiş profilaktik tədbirlər görülür, virusu yayan ağcaqanadların məhv edilməsi üzrə hədəfli işlər aparılır.
Çkungunya virusu epidemiyası Quandonqda iyulun əvvəlində isti və rütubətli hava şəraiti zamanı, ağcaqanadların çoxalmasına əlverişli dövrdə başlayıb. Çin Xalq Respublikasının cənubunda aşkar edilmiş ümumi yoluxma halları 8 000-i ötüb. Bundan əlavə, həkimlər 100-dən çox denqe qızdırması halını müəyyən ediblər. Yoluxma halları Quançjoudan əlavə, Makao, Honkonq və digər şəhərlərdə də qeydə alınıb. Yoluxanların böyük əksəriyyəti xəstəliyi yüngül formada keçirib.
Qeyd edək ki, bu son dərəcə ağrılı və iflicedici xəstəlik insanı sözün əsl mənasında ikiqat edir. Tibbdə hələlik chikungunya üçün nə dərman, nə də peyvənd mövcuddur. İnkubasiya dövrü adətən 3–12 gün arasında dəyişir. Xəstəlik həmişə qəfil başlayır – hərarət kəskin yüksəlir, üşütmə, bel və oynaq ağrıları, səpgilər yaranır. Daşıyıcılar iki növ ağcaqanaddır.
Oxşar xəbərlər
Çində denge qızdırmasına 100-dən çox yoluxma qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində dene qızdırmasına 100-dən çox yoluxma qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində çikungunya qızdırmasına 2800-dən çox yeni yoluxma halı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












