Qırğızıstanda metapnevmovirus infeksiyasına yoluxma halı qeydə alınıb
Qırğızıstanda yeni meydana çıxan metapnevmovirusa iki yoluxma halı qeydə alınıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı ölkənin “KABAR” agentliyi yayıb.
Qırğızıstaının Səhiyyə Nazirliyindən bildirilib ki, son günlər ölkədə kəskin respirator viruslara yoluxma hallarında artım müşahidə olunub. Bu səbəbdən epidemioloji nəzarət tədbirləri gücləndirilib, eləcə də pasiyentlərdən götürülən nümunələr qrip, COVID-19 və digər xəstəliklərin müəyyən edilməsi üçün laboratoriyaya göndərilib.
Ötən ilin oktyabrından kəskin respirator viruslara ümumilikdə 1144 yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, ilk dəfə 2001-ci ildə uşaqlar arasında aşkarlanan, əsas simptimları qrip, burun tutulması, öskürək, baş ağrısı və yüksək hərarətlə müşayiət edilən metapnevmovirus əsasən 5 yaşadək uşaqlar arasında hava-damcı yolu ilə yayılan, o cümlədən kəskin respirator virus infeksiyaları törədən təhrikedicidir.
Oxşar xəbərlər
Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxma halları qeydə alınıb
Çindən sonra Qazaxıstanda da metapnevmovirusa yoluxmalar qeydə alınıb
Kanadada qızılcaya yoluxma faktları kəskin artıb
Azərbaycanda meymunçiçəyinə yoluxma qeydə alınmayıb - RƏSMİ
Yaponiyada qrip epidemiyası yayılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













