İranda yük avtomobillərinin sürücüləri qiymət artımına etiraz edir
sizinxeber.az xəbər saytı

İranda yük avtomobillərinin sürücüləri qiymət artımına etiraz edir


İranda yük avtomobilləri sürücülərinin ötən həftədən başlayan etirazları davam edir.

APA “France-Presse”ə istinadən xəbər verir ki, onlar sığorta tariflərinin və yanacağın qiymətinin artırılması, eləcə də yükdaşımalara görə qiymətlərin həddindən artıq aşağı olmasına qarşı çıxır.

Bir sıra yerli monitorinq qrupları kütləvi tətillər zamanı təhlükəsizlik qüvvələrinin sürücülərə qarşı zorakılığa yol verdiyi, bəzi yerlərdə isə yolda nəqliyyatın hərəkətinə mane olmaq istəyən şəxslərin saxlanıldığı barədə məlumat yayıb.

İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf yükdaşıma avtomobillərinin sürücülərini istehsalatın aparıcı qüvvəsi adlandırıb və hökuməti yaranmış vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, İranda yükdaşıma sahəsi strateji cəhətdən vacib sektor hesab olunur. Belə ki, ölkənin paytaxtdan uzaq ərazilərinə ərzaq məhsullarının çatdırılması məhz yük avtomobilləri vasitəsilə həyata keçirilir.

Oxşar xəbərlər

İran Həniyyənin qətli ilə bağlı BMT TŞ-nın təcili iclasını çağırıb
İranda ilk dəfə qadın hökumət sözçüsü təyin edilib
İranda 10 sərhədçi öldürülüb
İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib
Hizbullah İraq hökumətini Suriyaya qoşun göndərməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər