İranda qum fırtınası səbəbilə 800-dən çox insan xəstəxanaya müraciət edib
İranda qum fırtınası səbəbilə 800-dən çox insan tənəffüs və ürək probleminə görə xəstəxanaya müraciət edib.
Sizinxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Əhvaz Cundişapur Tibb Elmləri Universitetinin rektor müavini Dr. Meysəm Muazi açıqlama verib.
Muazinin sözlərinə görə, Xuzistan vilayətində baş verən güclü qum fırtınası nəticəsində son 24 saat ərzində 802 nəfər tənəffüs və ürək-damar problemləri səbəbilə xəstəxanalara müraciət edib. Onlardan 92-i stasionar müalicəyə qəbul olunub, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Xuzistan Meteorologiya İdarəsinin məlumatına görə, qum fırtınası İraq mənşəlidir. İdarə bölgədə hava şəraitinin təhlükəli səviyyəyə çatdığını nəzərə alaraq cümə axşamı və cümə günləri üçün “qırmızı xəbərdarlıq” elan edib.
Oxşar xəbərlər
İranda hava çirkliliyinə görə üç mindən çox insan xəstəxanaya müraciət edib
İranda qum fırtınasına görə dövlət idarələri və məktəblər bağlanıb
ABŞ-də qar fırtınası nəticəsində azı 4 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
