Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində 8 nəfər ölüb, 35 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB 2
Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.
Sizinxeber.az xəbər verir ki, bu haqda “Geo TV” Pakistan ordusuna istinadən məlumat yayıb.
Məlumata görə daha iki nəfər itkin düşüb.
***
01:09
Hindistanın beş şəhərə raket hücumları nəticəsində azı 3 nəfər ölüb, 12 nəfər isə yaralanıb.
Sizinxeber.az xəbər verir ki, bu haqda hərbi mənbələrə istinadən “Geo TV” məlumat yayıb.
***
00:41
Pakistanın Kəşmir bölgəsindəki Müzəffərabad şəhəri yaxınlığında çoxsaylı partlayışlar baş verib.
Sizinxeber.az xəbər verir ki, Pakistan ordusunun mətbuat xidməti Hindistanın üç bölgədən hücuma keçdiyini açıqlayıb.
Məlumatda Hindistanın üç ayrı yerdən Pakistan ərazisinə raket hücumu etdiyi bildirilib.
Pakistan tərəfi hücumlara qarşılıq veriləcəyini bildirib.
Hindistan Silahlı Qüvvələri də açıqlamasında Pakistanın nəzarəti altında olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək "Sindoor əməliyyatı"nın başladığını açıqlayıb.
9 rayonun hədəf alındığı bildirilən açıqlamada Pakistana aid heç bir hərbi obyektin hədəf alınmadığı vurğulanıb.
Hindistan hökuməti atılan addımların qarşıdurmaya yol açmadığını bildirib.
Oxşar xəbərlər
Hindistanın Pakistana endirdiyi zərbələr nəticəsində 8 nəfər ölüb, 35 nəfər yaralanıb - YENİLƏNİB 2
Pakistan: Hindistan üç bölgədən Kəşmir bölgəsinə hücuma keçib, 3 ölü, 12 yaralı - YENİLƏNİB
Hindistanın Pakistana endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Pakistan: Hindistan üç bölgədən Kəşmir bölgəsinə hücuma keçib
Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













