Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var
sizinxeber.az xəbər saytı

Hindistanın Pakistana raket zərbələri nəticəsində iki mülki şəxs ölüb, yaralılar var


Hindistanın Pakistanın Kotli şəhərindəki mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb.

“Report” “Geo Tv”yə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Məlumata görə, Əhmədpurda iki məscidə endirilən zərbələr nəticəsində həmçinin 12 yerli sakin xəsarət alıb.

Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın hücumunu utanc verici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb.

"Hərbi Hava Qüvvələrimizin təyyarələri havadadır. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına soxulmasına heç vaxt icazə verməmişik. Pakistan bu hücuma cavab verəcək və təxribat cavabsız qalmayacaq".

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. 

Oxşar xəbərlər

Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan Hindistana cavab zərbələri endirib, hədəflər vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Qərargah rəisi: Pakistan Hindistanın istənilən avantürasına qəti cavab verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistan hava məkanını 48 saat müddətinə bağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın müdafiə naziri Hindistanın hücumunu qaçılmaz hesab edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər