ABŞ-İran danışıqları gələn həftə davam edəcək - YENİLƏNİB-1
ABŞ-İran danışıqları gələn həftə davam edəcək.
APA xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr Əl-Busaidinin sosial media platformasında məlumat paylaşılıb.
Növbəti görüşün mayın 3-də baş tutması planlaşdırılır.
***
17.47
ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib.
APA xəbər verir ki, İranın dövlət televiziyası Omanda keçirilən danışıqların üçüncü raundunun başa çatdığını bildirib.
Məlumata görə, İranın nüvə proqramı ətrafında böhranın həllinə dair keçirilən danışıqlarda nümayəndə heyətləri gələcək razılaşma ilə bağlı hər iki tərəfin gözləntiləri üzrə bəzi detalları dəqiqləşdirə biliblər.
***
13.14
Omanda İran və ABŞ arasında danışıqların üçüncü raundu başlayıb.
APA xəbər verir ki, İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edir.
Qeyd edək ki, bu gün iki ölkə arasında həm ekspertlər səviyyəsində texniki danışıqlar, həm də yüksək səviyyəli diplomatik görüşlər keçiriləcək.
Uitkoff və Araqçi arasında son görüş ötən şənbə Romada keçirilib. Hər iki tərəf həmin görüşün yekununda müsbət açıqlamalar verib.
Oxşar xəbərlər
ABŞ-İran danışıqlarının üçüncü raundu keçirilib - YENİLƏNİB
İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB
KİV: İran və ABŞ danışıqları Cenevrə və Omanda davam etdirəcək
ABŞ-İran danışıqlarının növbəti raundu aprelin 19-da keçiriləcək
Omanda ABŞ-İran danışıqlarının üçüncü raundu başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













