İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB
İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında keçirilən dolayı danışıqlar bir neçə dəqiqə əvvəl başa çatıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Omanın xarici işlər naziri iki tərəf arasında fikir və təklifləri çatdıran mühüm vasitəçi rolunu oynayıb.
Əsas mövzular İrana qarşı sanksiyaların aradan qaldırılması yolları və Tehranın nüvə proqramı ilə bağlı müzakirələr ətrafında olub.
Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.
Qeyd edilib ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.
***
15.37
İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib.
Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar başlayıb.
Qeyd edilib ki, nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaq.
Oxşar xəbərlər
İran və ABŞ arasında danışıqlar başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ və İran bu gün nüvə danışıqları aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran və ABŞ arasında dolayı danışıqlar yazılı mətnlərin mübadiləsi yolu ilə aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Araqçi ilə Trampın xüsusi nümayəndəsi Oman görüşünə rəhbərlik edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Araqçi İranın mövqeyini ABŞ-a çatdırmaq üçün Oman tərəfinə təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












