KİV: İsrail HƏMAS-dan 11 girovu azad etməyi tələb edib
sizinxeber.az xəbər saytı

KİV: İsrail HƏMAS-dan 11 girovu azad etməyi tələb edib


İsrail Qəzza zolağında 40 günlük atəşkəs müqabilində 11 girovun azad edilməsini tələb edir.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti məlumat yayıb.

Qəzetin mənbələrinə istinadən yaydığı məlumata görə söhbət ABŞ vətəndaşlığı olan İsrail əsgəri İdan Aleksandr və daha 10 sağ qalmış canlı girovdan gedir.

Bundan əlavə, İsrail tərəfinin HƏMAS-dan girovlar barədə tam məlumat verməsini tələb etdiyi bildirilir.

Qeyd edək ki, əvvəlki atəşkəs zamanı HƏMAS 33 girovla bağlı yalnız ümumi məlumat yaymışdı.

Qəzetin mənbəsi bildirir ki, fasilə zamanı Qəzzada hərbi kampaniyanın sonrakı mərhələləri və münaqişənin dayandırılması şərtləri ilə bağlı danışıqlar aparılacaq.

Oxşar xəbərlər

KİV: İsrail HƏMAS-dan 11 girovu azad etməyi tələb edir
"The Jerusalem Post": Qəzza ilə bağlı danışıqlar ləng gedir
HƏMAS İd əl-Fitr bayramında atəşkəs üçün bir neçə girovu azad edəcək
HƏMAS İsraillə şərti razılığa gəlib, girovlar azad edilə bilər
HƏMAS sağ qalan israilli girovların siyahısını hələ də təqdim etməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle