Tailandda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
sizinxeber.az xəbər saytı

Tailandda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb


Zəlzələ nəticəsində Tailandın paytaxtı Banqkokda ölənlərin sayı 18 nəfərə çatıb.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Banqkok şəhər administrasiyası yanında Zəlzələnin nəticələrinin ləğvi üzrə qərargah məlumat yayıb.

Qeyd edilib ki, 76 nəfər itkin düşmüş sayılır.

Xatırladaq ki, , martın 28-də yerli vaxtla saat 13.20-də Myanmada 7, 7 maqnitudalı zəlzələ baş verib. Bundan 12 dəqiqə sonra isə 6,4 maqnitudalı növbəti zəlzələ qeydə alınıb. Son məlumata görə, zəlzələ nəticəsində bu ölkədə ölənlərin sayı 1700-ü ötüb, 3400-dən çox yaralı var, 300 nəfər itkin düşüb.

Yeraltı təkanlar Tailand, Çin və Vyetnamda da hiss olunub. Zəlzələ nəticəsində Tailandın paytaxtı Banqkokda yeni tikilən çoxmərtəbəli bina çöküb, ölənlərin çoxu da məhz bu binanın dağıntıları altında qalan işçilərdir. İndiyə qədər Tailandda ölümü təsdiqlənən 18 nəfərdən 11-nin meyiti həmin binanın dağıntıları altından çıxarılıb.

Oxşar xəbərlər

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 144-ə, yaralıların sayı isə 732-ə çatıb- YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələdə ölənlərin sayı 1700-ü ötüb, 300 nəfər itkin düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 694-ə, yaralıların sayı isə 1670-ə çatıb- YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Myanmada zəlzələdə ölənlərin sayı 1644-ə çatıb, 3400-dən çox yaralı var - YENİLƏNİB-6 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər