Suriya hakimiyyəti ölkədə toqquşmalara görə Hizbullahı ittiham edib
Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın Hizbullah Hərəkatını ittiham edib.
Sizinxeber.az-nın xəbərinə görə, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında Hizbullahın dayandığını bəyan edib.
Qeyd edilib ki, Hizbullah və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Bəşər Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda Bəşər Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.
Bəşər Əsədin devirməsindən sonra ən böyük silahlı qarşıdurma
Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hüms əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verib. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb.
Ölənlərin sayı 745 nəfərə çatıb
Ümumilikdə martın 6-dan indiyə qədər baş verən toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Bəşər Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.
Oxşar xəbərlər
KİV: Suriyada martın 6-dan toqquşmalarda azı 532 mülki şəxs həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Latakiya və Tartusdakı toqquşmalarda 130-dan çox dinc sakin həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya ordusu Latakiya və Tartus vilayətlərinin mərkəzi rayonlarını tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya ordusu ilə Əsəd tərəfdarları arasında toqquşmalarda 70-dən çox ölən var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya hakimiyyəti Tartusda qarşıdurmalara görə komendant saatı tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












