ABŞ Prezidenti İranı güclü zərbə endirməklə hədələyib
ABŞ Prezidenti Donald Tramp Tehranın Hörmüz boğazını açmayacağı və Livandakı proksi qüvvələrinin fəaliyyətinin qarşısını almayacağı halda, İrana yenidən ağır zərbələr endiriləcəyini açıqlayıb.
"Sizinxeber.az" xəbər verir ki, Tramp bu barədə "Fox News"un müxbiri Trey İnqsta bildirib, eləcə də "Truth Social" sosial şəbəkə hesabında yazıb.
"Əgər İran Hörmüz boğazını bağlasa, mən onları yerlə yeksan edəcəyəm. Siz oranı bağlasanız, ölkəniz olmayacaq. Siz heç öz ölkənizə geri qayıda bilməyəcəksiniz", - Tramp İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) müraciət edərək deyib.
Tramp şənbə günü Hörmüzdən 19 milyon barel neftin keçdiyini bildirib və əlavə edib ki, ABŞ bu marşrut üzərində nəzarəti öz üzərinə götürə və neftin 20 %-ni ala bilər.
"Məcbur qalsaq, boğazı nəzarətə götürməyimiz mümkündür. Əgər onlar razılaşma əldə etməsələr, biz rüsumlar alacağıq", - o bildirib.
Bundan əlavə, o, İranı "Hizbullah" qruplaşmasının da fəaliyyət göstərdiyi Livandakı proksi qüvvələrini cilovlamağa çağırıb.
"İran Livanda problemlər yaradan yüksək ödənişli proksi qüvvələrinin fəaliyyətini dərhal dayandırmalıdır. Əgər bunu etməsələr, biz keçən həftə etdiyimiz kimi, lakin daha güclü şəkildə İrana yenidən zərbə endirəcəyik!" - Tramp yazıb.
O həmçinin əlavə edib ki, Suriya Prezidenti Əhməd Əl Şaraa Livanın cənubuna daxil olmaq və "Hizbullah"la mübarizəyə qoşulmaq səlahiyyəti vermək imkanını nəzərdən keçirir.
Tramp bildirib ki, ABŞ və İran arasında anlaşma memorandumu çərçivəsində müəyyən edilmiş 60 günlük atəşkəs və danışıqlar sadəcə bir seçimdir və bunun müddəti başa çatdıqdan sonra o istədiyi hər şeyi edə biləcək.
Oxşar xəbərlər
Tramp İranı yeni zərbələrlə hədələyib
Tramp Hörmüz boğazının açılması şərtlərini açıqlayıb
WSJ: İran müharibəni dayandırmaq üçün ABŞ-yə ultimatum irəli sürüb
Tramp İranı Hörmüz boğazında gəmiçilik qaydalarını pozmaqda təqsirləndirib
Tramp İranı Hörmüz boğazından istifadəyə görə ödəniş almamağa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
