Azərbaycan boksçuları "Olimpiya ümidləri" turnirində 12 medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan boksçuları "Olimpiya ümidləri" turnirində 12 medal qazanıblar


Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə "Olimpiya ümidləri" turnirinə yekun vurulub.

"Sizinxeber.az" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 12 – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Səftər Məmmədzadə (+90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kq) gümüş, Şahin Aslanovla (65 kq) Rza Rzayev (70 kq) bürünc medala sahib olublar.

U-17-lərin yarışında Aysel Fərəcova (48 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) birinci yeri tutublar. Aydan İsmayıllı (48 kq) ilə Fatimə Məmmədli (50 kq) isə gümüş medala yiyələniblər.

Oxşar xəbərlər

Azərbaycanın boks millisi Gimnaziadada komanda hesabında birinci olub
Azərbaycan boksçuları beynəlxalq turnirdə 4 medal qazanıb
Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
Azərbaycan boksçuları Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər