KİV: Suriyada martın 6-dan toqquşmalarda azı 532 mülki şəxs həlak olub
Suriyanın Aralıq dənizi sahilindəki Latakiya, Tartus və Hüms əyalətlərində martın 6-dan bəri baş vermiş toqquşmalarda azı 532 mülki şəxs həlak olub.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Rudaw” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, toqquşmaların başlanğıcından həlak olanların ümumi sayı 745-ə çatıb. Bu rəqəmə 213 döyüşçü daxildir: yeni Suriya hakimiyyətinə tabe olan təhlükəsizlik qüvvələrinin 93 nümayəndəsi və keçmiş prezident Bəşər Əsədin tərəfdarları tərəfindən yaradılmış silahlı birləşmələrin 120 üzvü.
Qeyd edək ki, martın 6-da Latakiya, Tartus və Hüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə keçmiş prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb. Ən şiddətli atışmalar Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cəblə şəhərində baş verib.
Oxşar xəbərlər
Latakiya və Tartusdakı toqquşmalarda 130-dan çox dinc sakin həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Suriya təhlükəsizlik qüvvələri Latakiyada pusquya düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya ordusu Latakiya və Tartus vilayətlərinin mərkəzi rayonlarını tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya hakimiyyəti Tartusda qarşıdurmalara görə komendant saatı tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












