Ədən körfəzində naməlum şəxslər neft məhsulları daşıyan tankeri ələ keçirməyə cəhd ediblər
sizinxeber.az xəbər saytı

Ədən körfəzində naməlum şəxslər neft məhsulları daşıyan tankeri ələ keçirməyə cəhd ediblər


Ədən körfəzində naməlum silahlı şəxslər neft məhsulları daşıyan tankeri ələ keçirməyə cəhd ediblər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Mərkəzindən (UKMTO) bildirilib.

Məlumata görə, hadisə Yəmənin Eş-Şixr liman şəhərindən 50 dəniz mili cənub-şərqdə baş verib.

"Neft məhsulları daşıyan tankerin kapitanı göyərtəsində beş silahlı şəxs olan qayığın yaxınlaşması barədə məruzə edib. Cinayətkarlar gəminin göyərtəsinə qalxmağa cəhd ediblər. Heyət yayınma manevrləri edib və hərəkət kursunu dəyişib. Hazırda tanker təyinat limanına doğru hərəkətini davam etdirir. Nə gəmi zədələnib, nə də heyət üzvləri xəsarət alıb", - mərkəzin bəyanatında qeyd olunub.

Oxşar xəbərlər

Yəmən sahillərində naməlum şəxslər gəmini ələ keçirməyə cəhd ediblər
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
SEPAH Hörmüzü keçmək istəyən tankeri vurdu
UKMTO: Yəmənin Sokotra adası yaxınlığında insident baş verib
UKMTO: Fars körfəzində atəşə tutulan yük gəmisində partlayış baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər