Əhməd əş-Şara bu gün Səudiyyə Ərəbistanına səfər edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Əhməd əş-Şara bu gün Səudiyyə Ərəbistanına səfər edib - YENİLƏNİB


Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara xarici işlər naziri Əsəd Həsən Şeybaninin müşayiəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-İhbariyyə" telekanalı məlumat yayıb.

Vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü gözlənilən Əhməd əş-Şara Suriyanın keçid dövrü prezidenti seçildikdən sonra ilk xarici səfərini edib.

Onun ilk səfəri ilə bağlı fotoları təqdim edirik:

***

04:05

Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara xaricə ilk səfərində Səudiyyə Ərəbistanına gedəcək. Səfərin bu gün baş tutacağı gözlənilir.

APA xəbər verir ki, əş-Şara ötən ay verdiyi müsahibədə Səudiyyə Ərəbistanının Suriyada mühüm rol oynaya biləcəyinə diqqət çəkərək, Suriyanın bütün qonşuları üçün böyük investisiya imkanları təqdim etdiyini bildirib.

Səudiyyə Ərəbistanına səfəri zamanı iki ölkə arasında əlaqələrin bərpası və inkişafı ilə bağlı danışıqlar aparacağı gözlənilən əş-Şəra daha əvvəl Dəməşqdə Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə bir sıra görüşlər keçirmişdi.

Oxşar xəbərlər

Əhməd əş-Şara bu gün Səudiyyə Ərəbistanına səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd əl-Şara İranı regional siyasətini dəyişməyə və gərginlik yaradılmasından çəkinməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd əl-Şara: “Heyət Təhrir əş-Şam”in buraxılması haqqında qərar Milli Dialoq üzrə Konfransda verilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əl-Culani: Suriyanın yeni hakimiyyətinin "Əl-Qaidə" ilə əlaqəsi yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səudiyyə Ərəbistanı və Suriyanın XİN başçıları ölkədəki vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər