Türkiyədə baş vermiş zəlzələdə 200-ə yaxın insan yaralanıb, binalara ziyan dəyib - YENİLƏNİB
Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində 187 vətəndaş yaralanıb.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
O qeyd edib ki, zəlzələ nəticəsində həyatını itirən olmayıb.
***
16:41
Türkiyənin cənub-şərqində baş verən zəlzələ nəticəsində Elazığda 94 nəfər yaralanıb, 2 binaya ciddi ziyan dəyib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Elazığ valisi Numan Hatipoğlu bildirib.
Qeyd edək ki, səhər saatlarında Malatyanın Kale rayonunda baş vermiş 5,9 maqnitudalı zəlzələ ətraf bölgələrdədə də hiss olunub.
***
12:00
Türkiyənin Malatya bölgəsində 5.9 maqnitudalı zəlzələ qeydə alınıb.
APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ Diyarbakır, Tunceli və Elazığda da hiss edilib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Türkiyədəki güclü zəlzələ nəticəsində 100-ə yaxın şəxs xəsarət alıb - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədəki güclü zəlzələ nəticəsində üç bina qismən çöküb, xəsarət alanlar var - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə zəlzələ baş verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












