Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb - YENİLƏNİB-2
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində üç bina qismən çöküb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"-də etdiyi paylaşımda bildirib.
O qeyd edib ki, Malatya, Elazığ və Şanlıufa vilayətlərinin hər birində bir bina qismən çöküb.
Nazir bildirib ki, insan itkisi barədə məlumat hələ ki yoxdur.
A.Yerlikanın sözlərinə görə, zəlzələ ilə əlaqədar indiyə kimi 112 qaynar xəttinə 374 müraciət daxil olub.
Türkiyədə zəlzələnin baş verdiyi Malatya vilayətində təhsil müəssisələrində tədris birgünlük dayandırılıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu şəhər valisi Seddar Yavuz bildirib.
O deyib ki, təbii fəlakətin nəticəsi olaraq mənfi məlumat hələ ki yoxdur.
Məlumata görə, Malatya ilə yanaşı, Elazığda da məktəblilər tətilə buraxılıb.
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Malatya vilayətində qeydə alınıb.
Təbii fəlakət ətraf ərazilərdə də hiss edilib.
Ölkənin daxili işlər naziri Ali Yerlikaya zəlzələ barədə "X" hesabındakı paylaşımında bildirib ki, aidiyyəti qurumlar AFAD-la birgə ərazi araşdırmalarına başlayıb.
Oxşar xəbərlər
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub, tədris dayandırılıb - YENİLƏNİB
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
